XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

19 Sentyabr 2018 - 12:25

Tramp:"ABŞ ilə Cənubi Koreya arasında ticarət sazişi BMT-də imzalana bilər"

Prezident Donald Tramp çərşənbə axşamı bildirib ki, ABŞ ilə Cənubi Koreya arasında ticarət sazişinə BMT-də tamamilə yenidən baxılması və həmin sazişin imzalanması gözlənilir. Xatırladaq ki, BMT-nin Baş Assambleyasının gələn həftə keçiriləcək 73-cü sessiyasında ölkələrin liderləri toplaşacaqlar. Bu il mart ayında hər iki ölkənin rəhbərliyi bu sazişə yenidən baxılması barədə razılığa gəliblər. Bundan əvvəl Tramp həmin sazişi ABŞ-ın Cənubi Koreya ilə ticarətdə kəsirinin artmasına imkan yaradan əqd kimi tənqid etmişdi.

AZƏRTAC xəbər verir ki, ABŞ KİV-lərində yayılan məlumata görə, Cənubi Koreyanın Ticarət Nazirliyi sazişin imzalanmasına hazırlaşır. Bu sənədin gələn həftə BMT-də Prezident Mun Ce-in ilə Trampın görüşü zamanı imzalanması gözlənilir. Qeyd edilib ki, bu saziş 2019-cu il yanvarın 1-dən həyata keçiriləcək, lakin bu işin qrafiki parlament tərəfindən bəyənilməlidir.

Tramp Administrasiyası Cənubi Koreyadan və digər ölkələrdən ABŞ-a avtomobillər və onlar üçün ehtiyat hissələr idxalına görə 25 faizə qədər tariflər tətbiq edilib-edilməyəcəyi məsələsini ayrıca araşdırır. “Ticarətin genişləndirilməsi haqqında” 1962-ci il sazişinə görə, əgər Birləşmiş Ştatların Prezidentinin fikrincə başqa ölkələrdən idxal edilən malların və ya materialların miqdarı, həmçinin bununla bağlı başqa hallar ABŞ-ın milli təhlükəsizliyi üçün təhdid mənbəyidirsə, onda Prezidentin həmin malların idxalına tariflər və ya başqa vasitələrlə düzəliş etməsinə icazə verilir. Cənubi Koreya rəhbərliyi bildirib ki, Koreya hər hansı tariflərdən azad edilməlidir, çünki bu ölkə yenidən baxılmış ticarət sazişi çərçivəsində avtomobillər üçün konsessiyanı artıq tətbiq edib.