XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

19 Sentyabr 2018 - 13:15

Ermənistan XİN-in keçmiş başçısının 1 milyon dollarlıq mənzili var- Moskvada

Ermənistanın keçmiş xarici işlər naziri Edvard Nalbandyanın Moskvada elitar sayılan “göydələn”də bir milyon dollar dəyərində mənzili var.

“Report” xəbər verir ki, məlumatı Ermənistanda çıxan “Haykakan Jamanak” qəzeti yazıb.

Bildirilib ki, mənzilin ünvanı Moskvada “Kotelniçeskaya naberjnaya” 1/15-dir. Bu bina Rusiya paytaxtında 7 məşhur “stalinka”lardan biridir. 32 mərtəbəli binanın hündürlüyü 176 metrdir. Bina 1932-1952-ci illərdə tikilib. Orada Sovet İttifaqının partiya və mədəniyyət xadimləri yaşayırdı. Hazırda Rusiyanın yüksək vəzifəli dövlət məmurları yaşayırlar. Rusiya Baş nazirinin müavini Dmitri Şuvalovun həmin binada 700 kv. metrlik mənzili var.