XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

19 Sentyabr 2018 - 20:58

Korrupsiyaya dair cinayət işində adı hallananların ABŞ vizaları ləğv olunub- Ermənistanda

ABŞ-ın Ermənistandakı səfirliyi yerli hüquq mühafizə qurumlarının apardığı 1 mart hadisələri ilə bağlı cinayət işində adı hallanan bir sıra şəxslərin vizalarını ləğv edib.

“Report”un “Joğovurd” qəzetinə istinadən verdiyi xəbərə görə, Ermənistanda son hakimiyyət dəyişikliyindən sonra istər əvvəlki iqtidarın, istərsə də kriminal aləmin nümayəndələri həm ölkə daxilində, həm də xaricdə çətin vəziyyətə düşüblər: “Onların bir çoxu hüquq mühafizə orqanlarının doqqət mərkəzinə düşməmək üçün xaricə getməyi üstün tuturlar. Hətta bəziləri çox rahat şəkildə ABŞ-da məskən salıb”.

Qəzet yazır ki, vizaları ləğv edilənlər həm 1 mart cinayət işi ilə bağlı olanlar, həm də ümumiyyətlə, korrupsiya əməlləri ilə ifşa olunan şəxslərdir.