XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

19 Sentyabr 2018 - 21:25

Bakıda metroda texniki nasazlıq yaranıb

Bakıda metroda qatarda texniki nasazlıq yaranıb.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Trend-ə verdiyi məlumata görə, hadisə bu gün saat 19:30 radələrində metronun “28 May” stansiyasında baş verib.

“İçəri Şəhər”-” Həzi Aslanov” marşrutu üzrə hərəkətdə olan qatar “28 May” stansiyasına daxil olarkən texniki problem yaranıb. Maşinist qatarda vəziyyəti qiymətləndirmək üçün stansiyada 7 dəqiqə gözləməli olub. Nəticədə arxadan gələn “Dərnəgül”-“Həzi Aslanov” istiqamətində hərəkətdə olan qatar “Nizami” stansiyası ilə “28 May” stansiyası arasındakı tuneldə 3 dəqiqə gözləməli olub.

Texniki problem yaranan qatar sərnişinlərlə birlikdə “Nəriman Nərimanov” stansiyasına qədər gələrək sərnişinləri düşürüb, Depoya göndərilib.

B.Məmmədov bildirib ki, hazırda metroda qatarlar normal qrafiklə hərəkətini da