XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

19 Sentyabr 2018 - 21:51

Donald Tusk:""Brexit" danışıqlarını payızda başa çatdırmaq lazımdır"

Avropa İttifaqı Şurasının sədri Donald Tusk noyabr ayında Avropa İttifaqı (Aİ) üzvlərinin növbədənkənar sammitini çağırmaq niyyətindədir.

Trend-in məlumatına görə, sammit Böyük Britaniyanın Aİ-ni tərk etməsi ilə bağlı danışıqlara həsr olunacaq.

D.Tusk bildirib ki, danışıqları bu payız başa çatdırmaq arzusundadır:

“Artıq sazişin əldə olunması üçün az vaxt qalır, ona görə də mən liderlərə təklif edəcəyəm ki, noyabr ayında sammit keçirilsin”.

Qeyd edək ki, bu gün Avstriyanın Zalsburq şəhərində “Brexit” ilə bağlı Aİ-nin qeyri-rəsmi sammiti işə başlayır.