XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

11 Fevral 2016 - 18:11

“DəmirBank” “AGBank”la birləşməkdən imtina etdi

demirbankÖtən ay “DəmirBank” və “AGBank” arasında iki bankın konsolidasiyası ilə bağlı ilkin niyyət protokolu imzalandıqdan sonra “DəmirBank” rəhbərliyi bu istiqamətdə aktiv müzakirələr aparıb, konsolidasiyanın hər iki tərəfə və ümumilikdə bank sektoruna mümkün təsirləri araşdırılıb.

Bankdan musavat.com-a verilən məlumata görə, “DəmirBank” ASC-in Müşahidə Şurası birləşməni səhmdarların, əmanətçilərin, xarici kreditorların və bütün digər hissədarların maraqları nöqteyi-nəzərindən qiymətləndirib və müzakirələrin nəticəsi olaraq sözü gedən konsolidasiyanın məqsədəuyğun olmadığına dair qərar qəbul edib.