|
“Türkiyənin parçalanması Suriyanın parçalanmasıdır, Suriyanın parçalanması da Türkiyənin bölünməsidir”.
Bu sözləri Suriya Prezidenti Bəşər Əsəd Türkiyənin Vətən Partiyası sədri Doğu Perinçeklə görüşü zamanı deyib. Əsəd Türkiyədən iki ildir hər hansı bir nümayəndə heyəti ilə görüşmədiyini, Perinçeklə görüşü isə ərəb dünyasına qardaşlıq mesajı kimi xarakterizə edib:
“Bəziləri siyasi hökumətlə xalq arasındakı fərqi bilmir. Amma burada çox böyük bir fərq var. Bu hadisələrdən öncə Suriya-Türkiyə münasibətlərinin müsbət inkişafı üçün çox ümidli idik. Bölgənin taleyini, gələcəyini türklər ilə suriyalılar müəyyənləşdirsə, bu, bizi xoşbəxt edər. Türkiyənin parçalanması Suriyanın parçalanmasıdır, Suriyanın parçalanması da Türkiyənin bölünməsidir. Suriyanın bölünməsi ilə bağlı aparılacaq hər hansı bir plan Türkiyəyə də zərbə vuracaq”.