İran OPEC-in Əlcəzairdə keçiriləcək iclası zamanı ölkənin maraqlarına zidd olacaq istənilən qərara veto qoymaq niyyətindədir.
Trend-in məlumatına görə, bunu İranın neft naziri Bijan Namdar Zəngənı deyib. Nazir həmçinin OPEC-in siyasətini tənqid edib. O bildirib ki, təşkilat Vaşinqtonla əməkdaşlıq nəticəsində yaranmış prosesin qurbanına çevrilir: “Amerikalılar əmindir ki, bir sıra neft ixrac edən ölkələri cəlb edib OPEC-i əvəz edən qurum yarada biləcəklər”.