XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 September 2018 - 19:40

Tereza Mey:“Britaniyanın Avropa İttifaqından çıxması dalana dirənib”

“Böyük Britaniyanın Avropa İttifaqı üzvlüyündən çıxmasına dair danışıqlar dalana dirənib”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Tereza Mey dövlət televiziyasındakı çıxışı zamanı bildirib.

O həmçinin danışıqların iflasa uğraması təqdirdə, Şimali İrlandiyanın Avropa İttifaqı bazarında qalmasına, yəni Olsterlə ölkənin qalan hissələri arasında iqtisadi sərhədin meydana gəlməsinə əsla razı olmayacağını vurğulayıb.

Bununla yanaşı, T.Mey ölkədə Avropa İttifaqında üzvlüyə dair referendumun nəticələrinə hörmətlə yanaşdığını da qeyd edib: “Avropa İttifaqı dəqiqliklə bilsin ki, 2016-cı il referendumunun nəticələri dəyişməyəcək və ölkənin parçalanmasına əsla yol verməyəcəyəm”.