XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Sentyabr 2018 - 20:11

Çin və Rusiya ABŞ-ı silah sanksiyalarının ləğvinə çağırıb

 

Çin ABŞ-ı Rusiyadan silah aldığı üçün çin hərbçilərinə qoyduğu sanksiyaları geri götürməyə çağırıb.

Cümə günü jurnalistlərə verdiyi müsahibədə Çin xarici işlər nazirinin sözçüsü Geng Şuang Pekinin ABŞ-a rəsmi etiraz etdiyini bildirib. Geng bildirib ki, ABŞ sanksiyaları beynəlxalq əlaqələrin prinsiplərini kəskin pozub və iki ölkə və hərbçiləri arasında olan əlaqələrə ciddi zərər vurub. Cümə günü Russiya da xarici işlər nazirinin müavini Serqey Rıbakovla ABŞ-ın odla oynadığını bildirib. Rıbakov deyib ki, biz rəsmi Vaşinqtonun sanksiyalar maşınını idarə edənlərə məsləhət görərdik ki, bizim tariximizlə azacıq da olsa tanış olsunlar və yerlərində dövrə vurmağı dayandırsınlar.

ABŞ cümə axşamı Çin hərbi qüvvələrinın Rusiyaya mövcud sanksiyaların olduğu müddətdə rusiya silahını aldıqları üçün onlara qarşı sanksiyalar qoyub.

Dövlət Departamentinin verdiyi məlumata görə, Çin Suxoy Su-25 və S-400 yer-hava qırıcılarını alıb.