XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

21 Sentyabr 2018 - 21:34

Gürcüstan parlamentinin yeri dəyişir- Kutaisidən paytaxt Tbilisiyə köçürülür

Gürcüstan parlamenti Kutaisi şəhərindən paytaxt Tbilisiyə köçürüləcək.

AZƏRTAC Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bu barədə hakim partiya qərar qəbul edib.

Qərarda qanunverici orqanın plenar iclaslarının 2019-cu il yanvarın 1-dən Tbilisidə keçirilməsi nəzərdə tutulub.

Hakim partiyadan bildirilib ki, qanunverici orqanın iki binada fəaliyyət göstərməsi bir sıra çətinliklər yaradır və əlavə xərclərə səbəb olur. Parlamentin fəaliyyətinin keyfiyyətinin artırılması və xərclərin azaldılması üçün onun Tbilisidə yerləşməsi daha məqsədəuyğundur.

Qeyd edək ki, Gürcüstan parlamenti 2012-ci il oktyabrın 21-dən Kutaisidə fəaliyyət göstərir. Parlamentin keçmiş sədri, hazırda prezidentliyə namizəd David Usupaşvilinin qərarı ilə 2014-cü ildən parlamentin komitə iclasları Tbilisidəki binada keçirilir.

Parlamentin Tbilisiyə köçürüləcəyi barədə yekun qərar prezident seçkilərindən sonra məlum olacaq. Yeni Konstitusiyaya görə, prezidentin andiçmə mərasimindən sonra parlamentin harada fəaliyyət göstərəcəyi azad olacaq.

Parlamentin Kutaisidə yerləşən binası isə Gürcüstanın Daxili İşlər Nazirliyinə veriləcək. Nazirlik bu binada bir neçə struktur bölmələri, o cümlədən 112 məlumat mərkəzini və Polis Akademiyasını yerləşdirmək niyyətindədir.