XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

11 Fevral 2016 - 21:28

“Ən pis şey – səni öldürmək istəyənlərə cavab verə bilməməyindi” – Donald Trampdan sensasion iddialar

trampp5ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd olan Donald Tramp miqrantların Avropaya axışması ucbatından “qoca qitə”də inqilabların olacağını deyib.

Son vaxtlar siyasətə ciddi şəkildə qoşulan milyarder Fransanın həftəlik “Valeurs Actuelles” jurnalına geniş açıqlamalar bildirib ki, Avropada baş vernələr Avropada anarxiya yaradacaq:

“Merkelin buna imkan verməsi çox təəccüblüdlür. Əgər biz yaranmış vəziyyətin öhdəsindən doğru şəkildə gəlməsək, Avropanın sonunu gözləmək lazım gələcək”.  

Donald Trampın fikrincə, Fransa əvvəlki deyil, Merkel isə yüzminlərlə qaçqını qəbul etməklə səhvə yol verib:

“Alman dostlarım nəyin baş verdiyini bilmirlər. Onlar nəyin baş verdiyini anlamırlar”.

Tramp düşünür ki, Parisdə 130 nəfərin həlak olduğu terror aktları ölkədə silahlar leqallaşdırılsaydı, bu hadisə baş verməzdi:

“Həmin hadisələr zamanı əlində silah olan yalnız terrorçular idi. Mən həmişə üzərimdə silah gəzdirirəm. Əgər “Bataklan” klubunda, yaxud Parisin terror törədilən başqa səmtində olsaydım, düşünmədən atəş açmağa başlayardım. Ən pis şey – səni öldürmək istəyənlərə cavab verə bilməməyindi”.  

Sonda siyasətçi müsəlmanların ABŞ-a buraxılmaması ilə bağlı verdiyi qalmaqallı sözlərinə aydınlıq gətirib:

“Mənim çoxlu müsəlman dostlarım var və onlar mənimlə razıdılar. Onlar məni anlayırlar. İslamın radikallaşması ilə bağlı ciddi şeylər baş verir və bunu anlamaq lazımdır”.

Donald Tramp Respublikaçılar partiyasından prezidentliyə ən real namizəd hesab olunur.

Modern.az