XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

22 Sentyabr 2018 - 15:22

Türkiyə “Google” şirkətini cərimələdi- 15 milyon dollar

Türkiyənin Antiinhisar komitəsi “Google” şirkətini 93 milyon lirə (15 milyon dollara yaxın) məbləğində cərimələyib.

Trend-in məlumatına görə, bu qərar mobil qurğular üçün proqram təminatının satışı sahəsində rəqabət qaydalarının pozulması ilə bağlı qəbul edilib.

Qeyd olunur ki, bununla əlaqədar olaraq “Google”, “Google İnternational” və “Google Reklamcılık” şirkətləri cərimələnib. Bu şirkətlərə altı ay ərzində qayda pozuntularını aradan qaldırmaq və bazarda səmərəli rəqabətqabiliyyətliliyi bərpa etmək tapşırılıb.