XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

22 Sentyabr 2018 - 17:47

İran iki nəzarət-buraxılış məntəqəsini bağlayıb- İraqla sərhəddə

İran sentyabrın 22-də parada edilən terror hücumundan sonra İraqla sərhəddə iki nəzarət-buraxılış məntəqəsini müvəqqəti olaraq bağlayıb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunlar İraqın Bəsrə şəhərindəki “Şəlamçə” və Maysan şəhərindəki “Əş-Şib” məntəqələridir.

Bildirilib ki, nəzarət-buraxılşı məntəqələri vətəndaşların keçməsi və yük daşımalar üçün müvəqqəti olaraq bağlı qalacaq.

Xatırladaq ki, İranın Xuzistan əyalətinin Əhvaz şəhərində əsgər paltarı geymiş bir neçə nəfərin parada hücumu nəticəsində 24 nəfər ölüb, 53 nəfər yaralanıb. İki terrorçunun zərərsizləşdirildiyi, ikisinin isə hadisə yerindən qaçdığı bildirilib.