XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 September 2018 - 13:53

Gürcüstanda prezident seçkilərində neçə namizəd iştirak edəcək? –MSK açıqladı

Gürcüstanda oktyabrın 28-də keçiriləcək prezident seçkilərində 25 namizəd iştirak edəcək.

Bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Məlumata əsasən, namizədlərin 19-u siyasi partiya, 6-sı isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

25 namizəd arasında namizədliklərini geri götürmək istəyənlər bu barədə oktyabrın 16-dan gec olmayaraq MSK-ya müraciət etməlidirlər. Müddətin başa çatmasından sonra bütün namizədlər seçki bülletenlərinə daxil ediləcək/Report.