XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 September 2018 - 15:12

Çin orqan transplantasiyası üzrə dünyanın ən böyük ölkəsi olacaq

Çin 2020-ci ildə orqan transplantasiya üzrə dünyanın ən böyük ölkəsi olacaq.

AZƏRTAC xəbər verir ki, bunu Çin Orqan Bağışlama və Transplantasiya Milli Komitəsinin direktoru Xuan Ciefu deyib.

Sian şəhərində işə başlayan 3-cü Çin beynəlxalq orqan bağışlama konfransında çıxış edən komitə direktoru bildirib ki, bu il ölkədə könüllü olaraq orqan bağışlamaq üçün müraciət edənlərin sayı 615 minə yaxınlaşıb.

Cari il ərzində Çində orqan transplantasiyası üzrə 54 min 956 uğurlu cərrahiyə əməliyyatı aparılıb.