XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

23 Sentyabr 2018 - 15:55

Pakistanda terrorçularla toqquşma:təhlükəsizlik qüvvələrinin 7 əməkdaşı həlak olub

Pakistanın Əfqanıstanla sərhədində, Şimali Vəziizristan əyalətində terrorçularla toqquşmada ölkənin təhlükəsizlik qüvvələrinin yeddi əməkdaşı, o cümlədən onların komandiri həlak olub.

AZƏRTAC Pakistan mətbuatına istinadən xəbər verir ki, sərhədçilər bir qrup terrorçunun Əfqanıstandan Pakistan ərazisinə keçməsi ilə bağlı məlumat aldıqdan dərhal sonra onların zərərsizləşdirilməsi ilə bağlı əməliyyata başlayıb.

Məlumatda deyilir ki, atışmada doqquz terrorçu öldürülüb və onların tam zərərsizləşdirilməsi istiqamətində əməliyyat davam edir.