XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

23 Sentyabr 2018 - 18:34

Pentaqonun sabiq əməkdaşı:“Ərdoğan və Putin ABŞ-ı geri çəkilməyə vadar edir”

 

Rusiya və Türkiyənin İdlibdə silahsız bölgə yaratması ABŞ-ı Suriyada məsuliyyətsiz addım atmaqdan çəkindirəcək.

Axar.az xəbər verir ki, bunu Pentaqonun sabiq əməkdaşı, polkovnik Karen Kviatkovski söyləyib. O, hazırda qorunan ərazinin “silahlardan təmizlənmiş bölgə” kimi adlandırılmasının hücumların qarşısını aldığını bildirib.

Analitik Rusiya ilə Türkiyənin bu addımının ABŞ və İsrailin Suriya idarəçiliyinə qarşı mübarizə aparan müxalifləri dəstəkləməsini çətinləşdirəcəyini deyib: “Əgər təhlükəsizlik səviyyəsi ABŞ-ın Suriyadakı mövcudluğunun gərəkli olmadığı barədə qərar verəcəyi həddə çatarsa, Prezident Donald Tramp ölkə xaricindəki qarşıdurmalara pul xərcləməyəcəyinə dair vədlərini qismən yerinə yetirmiş olacaq”.