XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 September 2018 - 19:15

ABŞ Dövlət katibi:"Rusiya ilə bizim dəyərlərimiz tamamilə fərqlidir"

“Prezident Donald Trampın Moskva ilə münasibətlər qurmaq cəhdlərinə baxmayaraq, Rusiya Ukrayna və Suriya məsələlərində faydalılığını göstərə bilmədi”. Bunu ABŞ dövlət katibi Miaykl Pompeo NBC kanalına müsahibəsində deyib.

“Prezident ikitərəfli münasibətləri dəyişməyə çalışdı, amma ən azı hələ ki, uğura nail ola bilməmişik”, – deyə dövlət katibi deyib. O qeyd edib ki, ABŞ-la Rusiyanın bir sıra məsələlərdə maraqları üst-üstə düşsə də bu ölkələrin dəyərləri tamamilə fərqlidir.

Qeyd edək ki, ABŞ Dövlət departamenti bu bəyanatdan bir neçə gün əvvəl 33 rusiyalı fiziki və hüquq şəxsi sanksiyalar siyahısına əlavə edib. Yeni “qara siyahıya” Rusiyanın xüsusi xidmətləri ilə bağlı olan bir sıra yeni şəxslərin adları salınıb. ABŞ bundan başqa Rusiyadan “Su-35” təyyarələri və “S-400” zenit-raket kompleksləri aldığına görə, Çinə qarşı sanksiya tətbiq edib.

Qeyd edək ki, ABŞ Krımn Rusiya tərəfdən ilhaqı, Ukraynanın şərqindəki silahlı münaqişə, Suriya münaqişəsi və Moskvanın 2016-cı ildə ABŞ-da keçirilən son prezident seçkisinə mümkün müdaxiləsinə görə, Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib. Həmçinin Avropa Birliyi və bir sıra müttəfiq ölkələr eyni səbəbdən Rusiyaya qarşı sanksiyalar tətbiq ediblər.

(Azadlıq radiosu)