ABŞ dövlət katibi Maykl Pompeo prezident Donald Trampın siyasəti ilə razılaşmayan məmurları istefaya səsləyib.
Strateq.az xəbər verir ki, bu barədə “Fox News” xəbər yayıb.
Pompeonun sözlərinə görə, hazırda dövlət başçısı bütün dövlət qurumlarının birgə çalışmasına ehtiyac duyur.
“Əgər sən eyni komandada ola bilmirsənsə, bu missiyanı dəstəkləmirsənsə, o zaman başqa işlə məşğul olmağın zamanı yetişib”, – Pompeo deyib.