XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

24 Sentyabr 2018 - 09:13

ABŞ İran xalqına başsağlığı verdi:“istənilən terror aktını pisləyirik"

ABŞ, İranın Ahvaz şəhərində hərbi parada hücum və 25 nəfərin ölümünə görə İran xalqına başsağlığı verib. 

Dövlət Departamentinin bəyanatında deyilir ki, ABŞ “istənilən terror aktını” pisləyir.

Qeyd edək ki, sentyabrın 25-də edilən həmin hücuma görə cavabdehliyi “İslam Dövləti” və “Ahvaz Milli Müqavimət” adlı radikal ərəb qrupu üzərlərinə götürüblər.

İranın xarici işlər naziri Cavad Zərif isə özünün “Tvitter” hesabında yazıb ki, bu hücuma görə regional ölkələr və onların ustası ABŞ cavabdehlik daşıyır və İran buna qəti reaksiya verəcək.

Qeyd edək ki, ABŞ, İranla 6 aparıcı dünya ölkəsi arasında imzalanmış nüvə sazişindən çıxdıqdan və İrana qarşı sanksiyaları bərpa etdikdən sonra iki ölkə arasında münasibətlər kəskin pisləşib.

İran hakimimiyyəti isə ilk olaraq bu hücuma görə bir sıra regional ölkələri günahlandırıb, amma konkret ad çəkməyib.

İranın ali dini lideri Ayətulla Əli Xameneyi bildirib ki, terror aktını “regional ölkələr-ABŞ-ın oyuncaqları” planlaşdırıb. (Azadlıq.org)