XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

24 Aprel 2015 - 11:30

Leninin kəlləsi harada basdırılıb?

İnqilab rəhbərinin 3 ton yarımlıq kəlləsi sərginin başlıca eksponatı ola bilərdi

Sovet heykəltəraşı Nikolay Tomskinin Ukrayna qranitindən yonduğu nəhəng monument Şərqi Berlinin meydanlarından birində, demək olar, 40 il durub. Leninin Almaniyanın birləşdirilməsindən sonra sökülmüş 19 metrlik heykəlinin bədii məziyyətləri haqda indiyədək çoxları xatırlayır və mübahisə edirlər.

Bu hadisə 24 il əvvəl baş verib. Abidənin fraqmentlərini inqilabçının nəhəng kəlləsi ilə bir yerdə Berlin ətrafındakı meşədə torpağa quyladılar. Dəfn yerini uzun müddət gizli saxladılar.

Abidənin sökülməsi 1991-ci ilin noyabrında başlandı. Əvvəlcə monumenti 129 hissəyə mişarladılar. Birinci olaraq məhz kəllə yola salındı. “Good Bye, Lenin!” filmindəki səhnəni hamımız xatırlayırıq: kran kəlləni meydanın üzərinə qaldırır və yedəyin platformasına qoyur.

Abidənin bütün hissələrini Köpenikə daşıdılar və meşə parkda gömdülər. Berlin şəhərinin rəsmiləri qranit Leninin quylandığı yeri bu günədək gizli saxlayırlar ki, pərəstişkarlar və suvenir həvəskarları ora axışmasın. Lakin müxbirimiz aydınlaşıdırb ki, məxfiləşdirilmiş dəfn yeri haradasa Müggelhaym kəndinin yaxınlığında yerləşir.

Bu kənd hələ 1747-ci ildə salınıb. Lakin yalnız indi məşhurlaşıb. Həm də heç də Leninin kəlləsinə görə yox. Bu haqda ki hamı bilir. Meşə parkın kənarında yerləşmiş Müggelhaym kəndində Avropanın əksər ölkələrində “Qırmızı kitab”a salınmış diribaş kərtənkələlər yaşayır. Yeri gəlmişkən, məhz bu kərtənkələlərə görə torpağı qazmaq olmaz.

İki ay əvvəl kələni qazıb çıxartmaq və Şpandaudakı “Berlin abidələri” sərgisinə gətirmək istəyirdilər. İnqilab rəhbərinin 3 ton yarımlıq kəlləsi sərginin başlıca eksponatı ola bilərdi. Lakin əvvəlcə Almaniya üçün nadir olan və daş qalıqlara məhəbət bağlamış kərtənkələləri başqa yerə köçürmək lazımdır.

Kərtənkələ tələsi belə görünür. Qurğu torpağa basdırılmış vedrə və onun içindəki tələ yemindən ibarətdir. Meşəbəyi hər gün ona baş çəkir, kərtənkələləri çıxardıb təzə yerə aparır.

Der Spiegel.ru