XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

12 Fevral 2016 - 15:28

 Rusiya İraqa 20-dən artıq “Pantsir-S1” zenit-raket kompleksi verdi –"İnterfaks"dan iddia

1455275103Rusiya iki ölkə arasında imzalanmış müqavilə çərçivəsində İraqa “Pantsir-S1” zenit-raket kompleksləri göndərib.

Bu barədə “İnterfaks” agentliyi hərbi mənbələrinə istinadən məlumat yayıb.

“Bağdad 20-dən artıq “Pantsir-S1” zenit-raket kompleksi ilə təmin edilib”, – mənbə bildirib.

Qeyd edək ki, rəsmi olmayan məlumata görə, 2012-ci ildə Rusiya ilə İraq arasında dəyəri 4,2 milyard dollarlıq müqavilə imzalanıb. Müqavilə çərçivəsində Rusiya Bağdadı 30 ədəd Mi-28 hərbi vertolyotu, o cümlədən 24 “Pantsir-S1” kompleksləri ilə təmin edib(Axar.az).