XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

24 Sentyabr 2018 - 15:47

Navalnı həbsdən çıxdı və yenidən polisə aparıldı –Müxalifət liderinə qarşı yeni ittihamlar irəli sürülüb

Rusiyanın müxalifət lideri Aleksey Navalnnın ictimai toplantı qanunu pozmağa görə yenə saxlandığı deyilir. O, eyni ittihamla 30 sutkalıq həbsdən çıxınca bir də tutulub.

Həmkarı Leonid Volkov sentyabrın 24-də səhər tvitində yazıb ki, Navaln təcridxanadan çıxan kimi Moskvada polis məntəqəsinə aparılıb. “Qapını açdılar və onu dərhal avtobusa mindirdilər”– Volkov yazıb. Almaniyanın “Deutsche Welle” radiosunun Rusiya xidməti həmin anın videosunu yayıb.

Navalnının sözçüsü Kira Yarmyş deyib ki, o, ictimai toplantı qaydalarına sağlamlığa və mülkiyyətə ziyan vurmaqla pozmağa görə 20 sutkayadək həbsə məhkum oluna bilər. Simonovski məhkəməsi bu gün həmin işə baxmalıdır.

Navalnı ötən ay saxlanmışdı. O, yanvarda Rusiya paytaxtında icazəsiz yürüşün təşkilinə kömək etməkdə suçlanaraq 30 sutkalıq həbsə məhkum edilmişdi.

Moskvada və digər şəhərlərdə oxşar etirazlarda minlərlə adam qatılmış, Prezident Vladimir Putinin təkrar həmin posta seçilməsinə etirazlarını bildirmişdilər. Navalnı demişdi ki, onun saxlanmasında məqsəd bu ayın əvvəlində ölkədə pensiya islahatlarına etiraz aksiyalarını rəhbərlik etməsini önləmək olub.

Həmin yürüşlərdə ölkə üzrə 1000-dən çox saxlanan olub.

Putinin açıq tənqidçini olan Navalnı dəfələrlə böyük etirazlar təşkil edib, Rusiyanın hakim elitasına iddia olunan korrupsiyayla bağlı hesabatlar dərc edib. Hökumətin ölkədə təqaüdə çıxmaq yaşını artırması təklifi isə genişmiqyaslı qəzəb yaradıb, Putinin populyarlığına zərbə vurub.

İndi həmin qanun layihəsi Dövlət Dumasında ikinci oxunuşda müzakirəyə çıxarılmağa hazırlanır.

(Azadlıq radiosu)