Suriya ordusuna bağlı qüvvələr İŞİD-ə qarşı başlatdıqları əməliyyatlar çərçivəsində Palmira şəhərinin cənub-qərbində nəzarəti ələ keçiriblər.
Strateq.az Suriya Silahlı Qüvvələrinə istinadən bildirir ki, “Şair Dağları” olaraq bilinən bölgədə də İŞİD üzvləri geri püskürdülüb.
Xatırladaq ki, İŞİD ötən il Palmiranı ələ keçirmiş və şəhərin bir çox tarixi abidələrini, o cümlədən, onun simvolu sayılan antik Baal (Baalşamin) məbədini partlayıcılarla dağıtmışdı.