XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

24 Sentyabr 2018 - 21:20

Netanyahu Putinə zəng vurdu –Rusiya təyyarəsinin vurulması müzakirə olunub

 

Rusiya prezidenti Vladimir Putinlə İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.

“Report” Kremlin Mətbuat xidmətinə istinadən xəbər verir ki, danışıq İsrail tərəfinin təşəbbüsü ilə baş tutub. Söhbət zamanı V.Putin bildirib ki, Suriya Hərbi Hava Müdafiə Qüvvələrinin döyüş imkanlarını artırmaq üçün gördükləri tədbirlər yaranan vəziyyətə adekvatdır.

Onun sözlərinə görə, Rusiyaya məxsus “İl-20” tipli təyyarənin bu günlərdə vurulmasına əsas səbəb İsrail Hərbi Hava Qüvvələrinin atdığı addımlar olub.