XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

24 Sentyabr 2018 - 22:48

Ruhani ABŞ-la danışıqlara başlamaq üçün şərtlərini açıqladı:“O zaman yeni mühit olacaq”

“İran Vaşinqton Tehrana qarşı münasibətini dəyişəcəyi təqdirdə, ABŞ-la danışıqlar barədə qərar qəbul edəcək”.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedən İran prezidenti Həsən Ruhani deyib.

“Bu gün bizim ABŞ prezidentinin hərəkətləri ilə bağlı hər hansı bir ümidimiz yoxdur… Əgər biz nə vaxtsa ABŞ-ın münasibətləri bərpa etməyə dair həqiqi cəhdlərini görsək, o zaman qərar qəbul edəcəyik (danışıqlar barədə – red.), o zaman yeni mühit olacaq”, – deyə prezidentin rəsmi saytı onun sözlərini sitat gətirib.

Prezident ABŞ-ın nüvə sövdələşməsindən çıxmasını səhv addım adlandıraraq, Vaşinqtonun hər hansı bir səbəb olmadan İrana qarşı sanksiyalar tətbiq etdiyini, ölkənin daxili işlərinə qarışdığını və onu təhdid etdiyini bildirib.

Ruhani, həmçinin deyib ki, ABŞ-ın İran neftinin ixracına mane olmaq cəhdləri təhlükəlidir.