XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

25 Sentyabr 2018 - 09:18

Putinin rəqibi yenidən təcridxanaya göndərildi –Navalnıya 20 sutka cəza kəsilib

Rusiyanın müxalifət lideri Aleksey Navalnı 20 sutkalıq həbsə məhkum edilib. Məhkəmənin sentyabrın 24-də çıxardığı qərara görə o, müxalifət etirazının təşkilində təqsirli bilinib.

Navalnınin ictimai toplantıları məhdudlaşdıran qanunvericiliyi pozduğu iddia olunur.

“Amnesty International” hüquq-müdafiə təşkilatı Navalnını “heç bir cinayət törətməyən vicdan məhbusu” adlandırıb.

“Rusiya hakimiyyəti onu dərhal və qeyd şərtsiz buraxmalı, onun ifadə və sərbəst toplaşma hüququna tam sayqı göstərməlidir”, – qurumun Rusiyadakı ofisinin direktoru Natalya Zviagina deyib.

(azadlıq.org)