XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

25 Sentyabr 2018 - 12:26

 Avropa İttifaqı ABŞ-ın İrana qarşı sanksiyasından necə yayınacaq? –Yeni qurum yaradılır

 

Avropa İttifaqı (Aİ) əsas vəzifəsi ABŞ sanksiyalarından yayınmaqla İranla maliyyə əməliyyatları həyata keçirilməsini təmin etmək olacaq xüsusi maliyyə qurumu yaratmaq niyyətindədir.

Bu barədə Aİ-nin Xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Mogerini məlumat verib.

Bu bəyanat Nyu-Yorkda, F.Mogerininin Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, Çin və İran nümayəndələri ilə görüşündən sonra səslənib. Bu ölkələr rəsmi Tehranın ABŞ-ın birtərəfli qaydada çıxdığını elan etdiyi “nüvə sazişi”nin şərtlərini yerinə yetirdiyi qənaətindədir.

F.Mogerininin sözlərinə görə, yeni qurum Avropa şirkətlərinə Vaşinqtonun sanksiyalarına məruz qalmadan İranla iqtisadi əlaqələr qurmağa imkan verəcək/Report.