XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

25 Sentyabr 2018 - 16:49

Avropa İttifaqı İranla dollardan kənar ödəniş sistemi yaradır –Mogerini BMT-də Cavad Zəriflə iş aparıldığını təsdiqlədi

Avropa İttifaqı bildirir ki, şirkətlərinin İranla ticarəti davam etdirməsindən ötrü yeni ödəniş sistemi qurmağa çalışacaq.

Birləşmiş Ştatlar mayda Tehranla 2015-ci il nüvə sazişindən çıxıb və İrana sanksiyalara bərpa olunub. Bundan sonra bir sıra şirkətlər bu ölkədən çıxdıqlaını bəyan ediblər.

Sentyabrın 24-də Aİ və İran rəsmiləri BMT-də görüşüblər. Birgə bəyanatda bildiriblər ki, qanuni biznesi davam etdirməkdən ötrü iqtisadi operatorlarının azadlığını qoruyacaqlar.

Aİ-nin xarici siyasət rəhbəri Federika Mogerini İranın xarici işlər naziri Məhəmməd Cavad  Zzriflə birlikdə BMT-də bildirib ki, hələ də texniki detallar üzərində işləyirlər.

Avropanın bəzi diplomatlarının “Reuters”ə deməsinə görə, ideya barter sisteminin yaradılmasından ibarətdir. Sovet İttifaqı Soyuq müharibə dövründə bundan istifadə edirdi. Yəni İran nefti Avropa mallarına dəyişdirilə bilər.

Mogerini deyib ki, əsas məqsəd beynəlxalq maraqlar çərçivəsində olan nüvə sazişini qoruyub saxlamaqdır. (Azadlıq.org)