XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

26 Sentyabr 2018 - 11:05

BƏƏ rəsmisi ABŞ prezidentinə cavab verib- OPEC-lə bağlı tənqidinə

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Ənvər Qarqaş ABŞ Prezidenti Donald Trampın OPEC ölkələrini neftin qiymətini qaldırmaqla digər dövlətləri talan etdikləri ilə bağlı ittihamına cavab verib.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, XİN başçısı neftin qiymətinin OPEC-in qərarı ilə deyil, bazarın tələbatına uyğun formalaşdığını bildirib. “Biz hamımız bilirik ki, neftin qiyməti bazarın tələb və təklifinə uyğun formalaşır”,-nazir qeyd edib.

Qeyd edək ki, Donald Tramp ötən gün BMT Baş Assambleyasındakı çıxışı zamanı OPEC-ə üzv dövlətlərin neftin qiymətini qaldırdıqlarını və bu yolla digər dövlətləri talan etdiklərini bildirib.

“Bunu da heç kim bəyənə bilməz. Budövlətlərinbir çoxunubizmüdafiə edirik. Onlarisə bundanistifadə edərəkneftibizim üçün çoxyüksəkqiymətə satırlar”, – D.Tramp çıxışında deyib.