XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 September 2018 - 11:27

Məşhur amerikalı aktyor qubernator olmaq istəyir- Rusiyada

Amerikalı aktyor, kinoprodüser, döyüş ustası, Rusiya Xarici İşlər Nazirliyinin RF-ABŞ humanitar əlaqələri üzrə xüsusi nümayəndəsi Stiven Siqal Primorsk diyarının qubernatoru olmaq istədiyini bəyan edib.

Trend-in məlumatına görə, Vladivostokda jurnalistlərin müvafiq sualına cavab verən S.Siqal bildirib: “Məmnuniyyətlə. Mən Rusiya Prezidenti Vladimir Putinin maraqlarını təmsil edirəm”.

2016-cı ildə Rusiya vətəndaşlığı alan aktyor ata tərəfdən ulu babalarının buradan olduğunu deyib:

“Mən hər dəfə Primorsk diyarını tanımaq, daha çox şey görmək və sizin qubernatorunuz olmaq istərdim”.