XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

26 Sentyabr 2018 - 13:40

Paşinyan ABŞ-da İran prezidenti ilə görüşdü –Ruhani baş naziri Tehrana dəvət etdi (FOTO)

Ermənistanın baş naziri  Nikol Paşinyan ABŞ-da İran prezidenti Həsən Ruhani ilə görüşüb.

Strateq.az bildirir ki, görüş Nyu-Yorkda baş tutub. Tərəflər ikitərəfli münasibətlərə dair məsələləri müzakirə ediblər. Paşinyan bildirib ki, erməni-İran münasibətləri xüsusi xarakter daşıyır və dostluq əlaqələri ilə bağlıdır.

H.Ruhani öz növbəsində deyib ki, iki ölkə arasında bir-birilərinə qarşı yüksək səviyyədə etimad var. Tərəflər enerji, yol tikintisi və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

İran prezidenti Paşinyanı İrana rəsmi səfər dəvət edib.