XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

26 Sentyabr 2018 - 14:56

Çinin Xarici İşlər Nazirliyi Trampın sözlərinə cavab verib- Sosializmlə mübarizə barədə

Hər bir ölkə öz inkişaf yolunu və sosial quruluş sistemini seçmək hüququna malikdir, ideologiya fərqinə görə qarşıdurma yaratmaq isə “soyuq müharibə” dövrünə xasdır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Gen Şuan ABŞ Prezidenti Donald Trampın sosializmlə mübarizəyə çağırışını şərh edərkən bildirib. Onun sözlərinə görə, “soyuq müharibə” 30 il əvvəl sona çatıb və tarix irəli gedir. Çin hesab edir ki, dünyanın əksər ölkələri tarixin təkərinin geri dönməsini və keçmişə qayıdışı istəmir.

Donald Tramp sentyabrın 25-də BMT-nin tribunasından çıxışı zamanı bütün dövlətləri, əsasən də Venesuelada mövcud olan sosializmlə mübarizə aparmağa çağırıb. ABŞ Prezidenti deyib ki, sosializm və kommunizm hər yerdə iztiraba, korrupsiyaya və tənəzzülə səbəb olur.