XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

26 Sentyabr 2018 - 17:26

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı mübarizə daha da sərtləşdiriləcək- Türkiyədə

Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri nəticəsində cari ilin əvvəlindən sentyabrın 25-dək ümumilikdə 15 min 242 nəfər həbs olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə “Narkotiklərlə mübarizə” mövzusunda “UYUMA” layihəsinin təqdimetmə mərasimində çıxış edən daxili işlər naziri Süleyman Soylu məlumat verib.

Nazir bildirib ki, gənclərin və uşaqların bu zərərli vərdişə aludə olmaması üçün əsaslı təbirlərin sərtləşdirilməsi davam edir. Ölkə üzrə 16 min 261 nəfərin narkoman kimi dispanser qeydiyyatında olduğunu diqqətə çatdıran nazir əminliklə bildirib ki, Türkiyədə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı mübarizə bundan sonra da qətiyyətlə aparılacaq. “PKK əldə etdiyi silahları narkotiklərin satışından qazandığı vəsaitlə alır”, – deyə fikirlərini davam etdirən nazir Süleyman Soylu bildirib ki, valideynlər diqqətli olmalı, övladlarının dərsdən yayınmalarına şərait yaratmamalıdırlar.