XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

26 Sentyabr 2018 - 17:50

Berlin və Sankt-Peterburq arasında birbaşa dəmiryol əlaqəsi yaradılacaq

Almaniyanın Berlin və Rusiyanın Sankt-Peterburq şəhərləri arasında birbaşa dəmiryol əlaqəsi təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti Almaniya Nəqliyyat Nazirliyinə istinadla məlumat yayıb. Qəzetin yazdığına görə, yeni marşrut Kalininqrad şəhərindən keçəcək. Dəmir yolu əlaqəsinin yaradılmasında Baltikyanı ölkələrdə və Polşada mövcud olan hazır xətlərdən istifadə ediləcək.

Yeni marşrut Peterburqdan Kalininqrada qədər olan məsafənin iki dəfə az vaxt ərzində qət etməyə imkan verəcək.