XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

26 Sentyabr 2018 - 18:52

İspaniya Amerika Dövlətləri Təşkilatına nota göndərəcək- Bu səbəbdən

İspaniya hökuməti Amerika Dövlətləri Təşkilatının (ADT) baş katibi Luis Almaqronun İspaniyanın sabiq Baş naziri Xose Luis Rodriqes Sapateronun ünvanına söylədiyi təhqiramiz sözlərlə bağlı ADT-yə nota göndərməyə hazırlaşır. Madrid bu təşkilatda daimi müşahidəçi statusuna malikdir.

AZƏRTAC xəbər verir ki, bu fikri İspaniyanın xarici işlər naziri Jozep Borrel ölkənin BMT-dəki nümayəndəliyində jurnalistlərlə söhbəti zamanı səsləndirib.

İspaniyanın hökumət dairələri artıq L.Almaqronun yersiz ifadələri ilə əlaqədar narazılıq bildiriblər. Belə ki, o, “NTN24” televiziya kanalına müsahibəsində deyib ki, Sapateronun “anlayışla bağlı böyük problemi var” və “ona bir məsələni yeddi dəfə anlatmaq lazımdır”. Beynəlxalq təşkilat rəhbərinin bu sözləri Sapateronun bu yaxınlarda venesuelalıların emiqrasiyasına ABŞ və digər ölkələrin tətbiq etdikləri sanksiyaların səbəb olduğu barədə çıxışı ilə əlaqəlidir.