XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

26 Sentyabr 2018 - 19:15

Misir prezidenti:"BMT-nin fəaliyyətində nöqsanlar var"

Misir prezidenti Əbdülfəttah əs-Sisi BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxış edərək, bəzi mühüm məsələlərdə öz ölkəsinin mövqeyini bildirib.

Azərtac xəbər verir ki, Misir prezidenti öz çıxışında BMT-nin fəaliyyətində bu qurumun nüfuzuna təsir edən çatışmazlıqları göstərib. O qeyd edib ki, inkişaf etməkdə olan ölkələr təşkilatın təməlini qoyan qanun və prinsiplərlə nizamlanmayan beynəlxalq sistemdə yaşamağı özlərinə rəva görə bilmirlər. “Əgər ölkələr dağılmaq təhlükəsi ilə üz-üzədirlərsə, o zaman dünya nizamını düzənləmək mümkün deyil”, – deyən Misir prezidenti göstərib ki, Yaxın Şərq regionu və Afrika dövlətləri bu baxımdan ən zəif yerlərdir.

Prezident Əbdülfəttah əs-Sisi BMT və Afrika İttifaqı arasında uğurlu tərəfdaşlıq təcrübəsini göstərərək, gələn il Misirin sədrlik edəcəyi Afrika İttifaqı ilə BMT arasında strateji tərəfdaşlığı fəallaşdırmağın vacibliyini bildirib.

Bir sıra ərəb ölkələrində yaranmış vəziyyətlə bağlı məsələlərə toxunan Misir lideri bəyan edib ki, Qahirə Yəmən, Liviya və Suriyada böhranlardan istismar məqsədilə hər hansı istifadəni rədd edir. Onun sözlərinə görə, bu ölkələrin bərpası və onların suverenliyinin qorunması üzərində işləmək lazımdır. Dövlət başçısı xüsusi vurğulayıb ki, qismən nizamlamadan söz gedə bilməz, bu böhranlar hərtərəfli, kompleks qərarlar tələb edir.

Misir prezidenti, həmçinin beynəlxalq münaqişələrin sülh yolu ilə və dayanıqlı həllinə, hərtərəfli və davamlı inkişafa nail olmağın vacibliyinə diqqəti cəlb edib.