XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

26 Sentyabr 2018 - 20:46

Rusiya prezidentinin köməkçisi:“Vladimir Putin Ermənistana gələn il səfər edəcək”

“Fikrimcə, Rusiya prezidenti Vladimir Putin Ermənistana, təxminən, gələn il səfər edəcək”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

“Doğrudan da, prezidentimizin Ermənistana səfərinin təşkil edilməsi müzakirə olunsa da, dəqiq tarixindən bəhs edilməyib”, – o vurğulayıb.

Y.Uşakov deyib ki, iki dövlətin başçıları MDB-nin Düşənbədə keçiriləcək sammiti, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Astanada və Avroasiya İqtisadi İttifaqının Moskvada keçiriləcək sessiyaları çərçivəsində görüşəcəklər.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan KİV-i Rusiya prezidenti Vladimir Putinin bu il sentyabrın sonunda Ermənistana səfər edəcəyi barədə məlumat yaymışdı.