XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

26 Sentyabr 2018 - 21:31

Əcnəbilərin sürücü kimi işə götürülməsi qadağan oluna bilər- Rusiyada

Rusiyada əcnəbilərin sürücü kimi işə götürülməsi qadağan oluna bilər.

AZƏRTAC xəbər verir ki, Rusiya Dövlət Dumasının aşağı palatasına minik taksiləri haqqında yeni qanun layihəsi təqdim olunub. Qanun layihəsinə əsasən, Rusiyada əcnəbilərin sürücü kimi işə götürülməsi ya məhdudlaşdırıla, ya da qadağan edilə bilər.

Jurnalistlərə müsahibəsində Dumanın nəqliyyat və tikinti komitəsinin sədri Yevgeni Moskviçov əminliklə deyib ki, bu cür tədbir taksi sürücülərinin sayının azalmasına və daşıma qiymətlərinin artmasına səbəb olmayacaq. Deputatın sözlərinə görə, son vaxtlar taksilərin iştirakı ilə yol-nəqliyyat hadisələrinin sayı artıb, sərnişinlər sürücülərin marşrutu və rus dilini bilməməsindən şikayət edirlər.

Y.Moskviçov qeyd edib ki, sürücülərin iş saatı da nəzarətdə saxlanılmalıdır. “İstər Rusiya vətəndaşı olsun, istərsə də MDB ölkələrinin vətəndaşı, heç kimin onları 24 saat işlətməyə haqqı yoxdur”, – deyə deputat vurğulayıb.