“Əgər Venesuela Prezidenti Nikolas Maduro BMT Baş Assambleyası çərçivəsində istəyərsə, görüşməyə hazıram”.
Bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
ABŞ Prezidenti bu ölkədəki vəziyyəti dəyişmək üçün istənilən varianta hazır olduqlarını vurğulayıb: “Venesuelada vəziyyət utandırıcıdır”.
Qeyd edək ki, bir müddət əvvəl Donald Tramp hərbçilərin Venesuelada hakimiyyəti qısa müddətə dəyişdirə biləcəklərini və Maduro hakimiyyətinin Venesuela xalqı üçün təhlükəli olduğunu qeyd etmişdi.