XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 September 2018 - 15:47

Məşhur özbək mühacir ölkəsinə qayıtdı –Prezident Fransaya səfərqabağı xoşməramlı addım atdı

Özbəkistanın tanınmış insan haqları müdafiəçisi, mərhum prezident İslam Kərimovun tənqidçisi 10 ildən çox Fransada yaşayandan sonra vətəninə qayıdıb.

Tolib Yokubov sentyabrın 26-də Daşkənd aeroportunda qohumları, dostları, həmkarları tərəfindən qarşılanıb. Özbəkistan İnsan Haqları Cəmiyyətinin qurucusu olan Yokubov 2007-ci ildə ölkədən çıxmalı olub, 2014-cü ildə hakimiyyət onun vətəndaşlığını alıb.

Onun “Azadlıq” radiosuna dediyinə görə, Parisdəki Özbəkistan səfirliyinin rəsmiləri avqustun ortasında ona zəng edib və bir illik vizayla ölkəsinə dönə biləcəyini söyləyib. 78 yaşlı fəal Fransa vətəndaşıdır.

Onun Özbəkistan vətəndaşlığının bərpa olunub-olunmayacağı bəlli deyil.

Gələn ay Özbəkistan prezidenti Şövkət Mirziyoyev Fransaya səfər etməlidir.

O, hakimiyyətə gələndən ölkədə insan haqlarının durumu düzəltmək vədi verib, hökumət strukturlarında dəyişikliklər edib.

(Azadlıq radiosu)