XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 February 2016 - 11:11

 Kerri Moskvanı və İranı hədələdi: “Yoxsa qoşun yeridəcəyik”

kerri lavrov munhen“Əgər Dəməşqdəki rəhbərlik, Rusiya və İran atəşkəs barədə razılaşmaya əməl etməsə, bu,Suriyaya əlavə quru qoşunlarının yeridilməsinə səbəb ola bilər”.

APA-nın məlumatına görə, bunu “Orient” telekanalına müsahibəsində ABŞ dövlət katibiCon Kerri deyib.

C. Kerri deyib ki, onlar öhdəliklərini yerinə yetirməsə, dünya ictimaiyyəti bunu sakit izləməyəcək.

Dövlət katibi Rusiyanı atəşkəsə əməl edilməli olduğu rayonları bombardman etməyi dayandırmağa çağırıb.

O, həmçinin İraqdakı “Hizbullah” döyüşçülərinin və şiə üsyançılarınınBəşər Əsəd tərəfdən münaqişədə iştirakına etiraz edib, bildirib ki, onların yeri Suriya deyil: “Onlar öz vətənlərinə qayıtmalıdırlar”.