XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

24 Aprel 2015 - 13:25

“İŞİD Qurandan daha çox Kremlə borcludur”

“Hamı hamıya göz qoymalıydı”

“The Times” qəzetinin köşə yazarı Ben Makintayr yazır ki, “İŞİD Qurandan daha çox Kremlə borcludur. İŞİD-in xaç atası Stalindir. Sovet lideri Suriya və qonşu İraqda bu qeyri-insani təməlçi xəlifət yaranmamışdan 60 il öncə ölüb. Lakin İŞİD-in memarları yeni xilafəti casuslar vahiməsi əsasında dövlət qurmuş Stalinin istifadə etdiyi eyni üsullarlə nəqş etməyə başladılar”.

Makintayr qeyd edir ki, “KQB, Şərqi Almaniyanın “Ştazi”si və Səddamın “Muxabarat”ı – hamısı İŞİD-in təhlükəsizlik orqanlarının birbaşa əcdadıdır”.

Samir Əbd Muhəmməd əl-Xəlifəvinin (Hacı Bəkir) bu həftə “Der Spiegel” dərgisində (Almaniya) dərc edilmiş sənədləri müəllifi bu qənaətə gətirib: “Dindar ardıcıllar deyil, casuslar – İŞİD-in bina edildiyi təməl, bax, budur”.

Hacı Bəkirin sənədlərindən göründüyü kimi, Suriyada missioner təmsilçilikləri pərdəsi altında informasiya toplamaq və ayrı-ayrı şəxsləri şantaj etmək məqsədilə ələalma məntəqələri və casus şəbəkəsi yaradılıb: “Eyni zamanda, təhlükəsizlik orqanlarının özü digər bu cur qurumların nəzarəti altında olmalıydı. Hamı hamıya göz qoymalıydı – sistemli paranoya totalitarizminin xarakterik resepti belə idi. Lakin Bəkirin üsulları heç də yeni deyildi. O, Səddamın yaratdığı terrorçu dövlətin məhsulu idi. Onun daxili nəzarət sistemi də öz növbəsində sovet repressiya modeli və manipulyasiyasına borcludur”.

Makintayr sonda yazır ki, “Qiyamçılar Hacı Bəkirin evində axtarış apararkən onun yüksəksəviyyəli casus olması haqda xeyli sübutlar aşkarladılar və evdə bircə nüsxə də Quran yox idi”.