XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

28 Sentyabr 2018 - 12:12

“Noviçok” qalmaqalında üçüncü kəşfiyyatçı da müəyyənləşdi –Britaniya mətbuatı Rusiya agenti ilə bağlı məlumat yaydı

Britaniyada rusiyalı keçmiş casus Sergey Skripal və qızının zəhərlənməsindən öncə kəşfiyyat missiyasına çıxmış üçüncü rusiyalı hərbi kəşfiyyat zabitinin kimliyi müəyyənləşdirilib. “The Telegraph” qəzeti sentyabrın 27-də yazıb ki, antiterror polisi və təhlükəsizlik xidmətləri həmin agentinin kim olduğunu aşkarlayıblar.

Bu rusiyalının Solsberi şəhərinə keçmiş agentə hücum planına kömək məqsədilə getdiyi bildirilir. Ondan sonra iki həmkarı hərbi dərəcəli Noviçok sinir qazını Britaniyaya aparıblar. Bu qaz Sovet İttifaqında hazırlanıb.

Martın əvvəlində 67 yaşlı Skripal və qızı, 34 yaşlı Yulia skamyada huşsuz vəziyyətdə tapılıblar. Amma xəstəxanada bir neçə həftəlik müalicədən sonra buraxılıblar.

İyunda isə britaniyalı Daun Sturgess zəhərin qalığı ilə təmasda olandan sonra dünyasını dəyişib, partnoyu xəstəxanaya düşüb. Sentyabrın 5-də Britaniya iki rusiyalıya ittihamlar irəli sürüb. Polis şübhəlilərin fotolarını yayıb. Rusiya Skripalların zəhərlənməsində əli olmadığını dəfələrlə bildirib.