XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

28 Sentyabr 2018 - 14:31

Ərdoğan:“Trampın təşkil etdiyi nahara getmədim”

 

 ABŞ Prezidenti Donald Trampın BMT Baş Assambleyasının 73-cü sessiyasındakı çıxışı təzadlarla doludur və digər liderlər tərəfindən tənqid olunub.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu Nyu-Yorkdan qayıdarkən jurnalistlərə müsahibəsində deyib.

“Donald Trampın söylədikləri bir çox liderin tənqidinə məruz qalıb. Onun çıxışında çoxlu təzadlar var. “Güclüyəm, deməli haqlıyam” mövqeyi ilə ədalətli dünya nizamı qurmaq mümkün deyil”, – deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, Tramp bəzi ölkələri sərhədləri xaricində hərbi əməliyyatlar aparmaqda ittiham etsə də, eyni zamanda, İsrailin bu cür siyasətini dəstəkləyir.

Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş Assambleyası çərçivəsində Trampla görüşünü də şərh edərək deyib: “Mən ABŞ prezidenti ilə ayaqüstü söhbət etdim. Orada onun administrasiyanın nümayəndələri, vitse-prezident Maykl Pens, dövlət katibi Maykl Pompeo, Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton və prezidentin xanımı da vardı. Tramp mənə “görüşərik” desə də, onun sonradan təşkil etdiyi nahara getmədim”.