İran-Pakistan sərhədində terrorçularla İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİİKK) silahlı birləşmələri arasında silahlı toqquşma baş verib.
AZƏRTAC Korpusun yaydığı yazılı açıqlamasına istinadla xəbər verir ki, sərhədin Seravan məntəqəsində bir qrup silahlanmış terrorçu gizli yollarla İran ərazisinə daxil olmağa cəhd edib. Aşkar edildiklərini görən terrorçular silahlı müqavimət göstəriblər. Baş verən silahlı toqquşma nəticəsində 4 terrorçu məhv edilib, ikisi isə yaralı olaraq saxlanılıb.
Baş vermiş insident ilə əlaqədar araşdırma aparılır. Terrorçular dindirilir və əlaqələri müəyyənləşdirilir.