XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

28 Sentyabr 2018 - 22:07

İndoneziyada güclü zəlzələ olub- Sunami təhlükəsi var

İndoneziyanın Sulavesi adası sahillərində 7,4 bal gücündə zəlzələ olub. Zəlzələdən sonra sunami təhlükəsi elan edilib.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Avropa Aralıq dənizi seysmoloji mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 18:02-də (Bakı vaxtı ilə 14:02) qeydə alınıb. Yeraltı təkanların episentri adanın Palu şəhərindən 80 kilometr şimalda yerləşib. Zəlzələ ocağının 10 kilometr dərinlikdə olduğu bildirilir.

Həlak olanlar və dağıntılar barədə hələlik məlumat verilmir.