XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 September 2018 - 22:42

Qəzzada İsrail hərbçiləri ilə toqquşma:3 fələstinli ölüb, 180 nəfəri yaralanıb

Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda 3 fələstinli ölüb, 180 nəfəri yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidrə məlumat verib.

Qeyd edək ki, artıq yarım ildir Fələstində “Böyük qayıdış yürüşü” adı ilə keçirilən etiraz aksiyaları hər cümə günü daha geniş vüsət alaraq İsrail hərbçiləri ilə toqquşmalara gətirib çıxarır.