XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

13 Fevral 2016 - 17:02

Çinin ən zəngin insanından kasıblar üçün10 məsləhət

14553474334891326768_554x360Çinin internetdə satış nəhəngi “Alibaba” şirkətinin təsisçisi və ölkəsinin ən zəngin adamı Cek Ma 10 məsləhətlə çıxış edib.

Fins.az bu məsləhətləri təqdim edir:

“Yoxsul insanları məmnun etmək çox çətindir. Onlara pulsuz nəsə versəniz, bunun bir tələ olduğunu zənn edəcəklər.

Onlara bunun yalnız kiçik bir investisiya olduğunu söyləyin, çox qazanmağın mümkün olmadığını söyləyəcəklər.

Onlara söyləyin ki, böyük sərmayə yatırsınlar, buna pullarının olmadığını söyləyəcəklər.

Onlara söyləyin ki, yeni mövzular üzərində çalışsınlar, yetərli təcrübəyə malik olmadıqlarını söyləyəcəklər.

Onlara bunun ənənəvi biznes olduğunu söyləyin, bunun çox çətin olduğunu söyləyəcəklər.

Onlara bunun yeni biznes modeli olduğunu söyləyin, bunun piramida olduğunu söyləyəcəklər.

Onlara söyləyin ki, yeni mağaza açsınlar, onlar isə müstəqilliyin olmadığını söyləyəcəklər.

Onlara söyləyin ki, yeni biznesə başlasınlar, yeni biznesin uğurlu olacağına dair sübutun olmadığını söyləyəcəklər.

Onların ortaq bir cəhəti var: Google-a sual verməyi, özləri kimi ümidsiz dostlarına tabe olmağı xoşlayırlar, onlar universitet professorundan da çox fikirləşirlər və kor insanın etdiyindən daha az nəsə edirlər.

Onlara sadəcə bir sual verin: Siz nə bacarırsınız? Onlar sizə cavab verməyəcəklər.

Gəldiyim nəticə: Ürəyinizin daha cəld döyünməsindənsə, nə üçün daha cəld hərəkət etməyəsiniz; fikirə getməkdənsə, nə üçün yalnız düşündüyünüzü həyata keçirməyəsiniz?

Kasıb insanlar bir ortaq cəhətə görə, uğursuzluğa düçar olurlar: “Onların bütün həyatı gözləntilərlə keçir”.